ilkin radiasiya

ру первичная радиация en primary radiation de Primärstrahlung fr rayonnement primaire es radiación primaria it irradiazione primaria
ilkin qızdırmaq
ilkin soyutma
OBASTAN VİKİ
Radiasiya
Radiasiya – radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir. Cəm və əksolunan radiasiya (Q) cəm radiasiyası horizontal səthə düşən (D) səpələnən və (S) düz radiasiyaların cəminə bərabərdir: Q = S+ D Cəm radiasiya universal pironometr(M- 80M), əksolunan radiasiya isə albedometr cihazı vasitəsilə ölçülür. Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Cəm radiasiyanın tərkibində düz və səpələnən günəş radiasiyalarının nisbəti Günəşin horizontda yüksəkliyindən, buludluluğun miqdarından və atmosferin çirklənmə dərəcəsindən asılıdır. Cəm radiasiyanın bir hissəsi Yer səthinə çataraq yenidən atmosferə şüalanır. Cəm radiasiyanın Rk əksolunan hissəsinin ümumi Q cəm radiasiyaya nisbəti çox vacib xarakteristikalardan biri olub, səthin əksetmə qabiliyyəti və ya A albedosu adlanır: A = Rk/ Q Albedo adətən faizlə ifadə olunur. Səthin albedosu onun rəngindən, kələ-kötürlüyündən, rütubətindən və digər xüsusiyyətlərindən asılıdır.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. == Xüsusiyyətlər == Adaptiv radiasiyanı müəyyən etmək üçün dörd xüsusiyyətdən istifadə edilə bilər: Komponent növlərinin ümumi əcdadı: xüsusilə də yeni nəsil. Qeyd edək ki, bu, ortaq bir əcdadın bütün nəslinin daxil olduğu monofiliya ilə eyni deyil. Fenotip-mühit əlaqəsi: mühitlər və bu mühitlərdən istifadə etmək üçün istifadə olunan morfoloji və fizioloji əlamətlər arasında əhəmiyyətli bir əlaqə. Xarakter faydası: xasiyyət dəyərlərinin müvafiq mühitlərdə performans və ya uyğunluq üstünlükləri. Sürətli spesifikasiya: ekoloji və fenotipik fərqliliyin davam etdiyi dövrdə yeni növlərin yaranmasında bir və ya bir neçə partlayışın olması. == Şərtlər == Adaptiv şüalanmaların ekoloji fürsət və ya yeni uyğunlaşma zonası tərəfindən yaradılması düşünülür. Ekoloji imkanların mənbələri antaqonistlərin (rəqiblər və ya yırtıcılar) itirilməsi, əsas yeniliyin təkamülü və ya yeni mühitə səpələnməsi ola bilər. Bu ekoloji imkanlardan hər hansı biri əhalinin sayının artması və rahat stabilləşdirici (məhdudlaşdırıcı) seçimlə nəticələnmə potensialına malikdir.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Radiasiya ekologiyası
Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür. Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır. Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür. Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir.
Radiasiya soyuması
Yer səthi tərəfindən istiliyin şüalanması onun soyumasına səbəb olur və bu havanın yer səthinə yaxın hissəsində temperaturun aşağı düşməsinə gətirib çıxarır. Bu cür soyumaya yer səthinin radiasiya soyumasıdeyilir.
Radiasiya çirklənməsi
Səpələnən radiasiya
Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər: günəşin üfüqdən yüksəkliyi, atmosferin şəffaflığı, atmosferdə olan suyun miqdarı və vəziyyəti, yer səthinin albedosu. Düz radiasiya artdıqca səpələnən radiasiya da artır.
Radiasiya xəstəliyi
Radiasiya xəstəliyi canlı orqanizimdə (məsələn, insanda) müxtəlif növ ionlaşdırıcı şüalara məruz qalma nəticəsində yaranan və zərərli şüalanmanın növündən, onun dozasından, şüa mənbəyinin yerindən, dozanın paylanma vaxtından asılı olaraq bir sıra simptomlarla xarakterizə olunan xəstəlikdir. Radiasiya xəstəliyinin ağır fəsadı immun çatışmazlığıdır ki, bunun nəticəsində infeksiyalar qanyaradıcı orqanların işində pozuntular əmələ gətirir və daxili orqanların fəaliyyətini pozaraq çoxlu orqan çatışmazlığına səbəb olur. Radiasiya xəstəliyini ionlaşdırıcı şüalanmanın yaratdığı yerli radiasiya xəsarətləri ilə qarışdırmaq olmaz (məsələn: radiasiya reaksiyası, radiasiya yanığı, radiasiya dermatiti (L58, L59), radiasiya xorası, radiasiya hepatiti, radiasiya pnevmoniti (J70.0), radiasiya ağciyər fibrozu (J70.1), radiasiyadan sonrakı kifoz (M96.2), radiasiyadan sonrakı skolioz (M96.5), radiasiya çənənin osteonekrozu (K10. 2), ağız boşluğunun radiasiya selikli qişası (K12.3), radiasiya qastroenteriti və kolit (K52.0), radiasiya proktiti (K62.7), radiasiya sistit (N30.4) və s. ). Müəyyən bir vəziyyətdə ionlaşdırıcı şüalanmaya məruz qalma səbəbindən yaranan digər patologiyalar üçün ICD-10 kodundan əlavə W88, Y63.2, Y63.3, Z57.1 kodları da təqdim edilir. İnsanlarda şüa xəstəliyirad ioaktiv maddələrin bədənə tənəffüs edilmiş hava, mədə-bağırsaq traktı, dəri və selikli qişalar, həmçinin inyeksiya vasitəsilə xarici və ya daxili şüalanma nəticəsində yaranır. Radiasiya xəstəliyinin ümumi klinik təzahürləri, əsasən, qəbul edilən ümumi şüalanma dozasından asılıdır. Vahid zaman ərzində məruz qalınan şüalanma dərəcəsindən asılı olaraq kəskin şüa xəstəliyi (qısa müddət ərzində yüksək doza) və yaxud da xroniki şüa xəstəliyi (hüceyrələrdə uzun müddət ərzində az miqdarda dozanın yığılması nəticəsində) inkişaf edir. Kəskin şüa xəstəliyi (KŞX) - qısa müddət ərzində 1 Gy-dən (100 rad) çox dozanın vahid təsiri nəticəsində əmələ gəlir.
Abıyev İlkin
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
İlkin Abıyev
İlkin Ağakişiyev
İlkin Ağaquliyev
İlkin Ağayev
İlkin Bayramov
İlkin Cavanşirov
İlkin Fərəcov
İlkin Həsəni
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
İlkin Həsənli
İlkin Həsəni (21 oktyabr 1983, Sabirabad, Azərbaycan SSR) — televiziya aparıcısı, aktyor, prodüser. İlkin Həsəni 1983-cü il oktyabrın 21-də anadan olub. Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan dili bölməsində təhsil alıb. 2000-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə daxil olub. 2000–2001-ci illərdə peşəkar foto sənətinə yiyələnib, 2001-ci ildə Gənclər və Turizm Nazirliyinin keçirdiyi fotomüsabiqədə 3-cü, 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə isə 1-ci yerə layiq görülüb. 2001-ci ildən televiziya rejissorluğu fakültəsində təhsilini davam etdirib. Elə həmin ildən Azad Azərbaycan Televiziyasında çalışmağa başlayıb. 106 FM radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verilişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir.
Şərafəddin İlkin
Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir. Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur. "Göz gözə yalan deməz", "Gözlərinə de ki. . ." və "Mən səndən küsmədim ki" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
İlkin Ələkbərov
İlkin Dövlətov
İlkin Dövlətov (16 iyun 1990, Bakı) — azərbaycanlı muğam ifaçısı. Səs Azərbaycan yarışmasının xalq mahnıları kateqoriyasında ikinci yer tutduqdan sonra məşhurlaşmışdır. 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree ilə birlikdə "Özünlə apar" mahnısıyla Azərbaycanı təmsil etmiş, 1-ci yarımfinalda 11 xalla 14-cü yeri tutmuşdur. 16 iyun 1990-cı ildə doğulmuşdur.
İlkin Hacıyev
İlkin Hacıyev (8 yanvar 1983, Azərbaycan) — Bakının "Neftçi" klubunda və Azərbaycan milli futzal komandasında çıxış edən azərbaycanlı futzalçı.
İlkin Muradov
İlkin Muradov (5 mart 1996, Azərbaycan) Azərbaycan Premyer Liqasında "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Klub karyerası == 29 aprel 2017-ci ildə Muradov Azərbaycan Premyer Liqasında "Zirə" nin "Şüvəlan"la oyununda debüt edib. 2023-cü il fevralın 15-də Muradov mövsümün qalan hissəsi üçün icarə əsasında "Səbail"ə keçib.